EN

Neftçi Qarabağ oyununa bilet alacaq azarkeşlərin diqqətinə

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Neftçi” Misli Premyer Liqasının 29-cu turunda 26 aprel, saat 19:00-da “Qarabağ” klubunu qəbul edəcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi" tərəfi oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırıb.

“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün “Qərb 2” sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.

Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.“Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
3
sportal.az

10Sources