Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada təbii qaz qiymətləri kəskin şəkildə aşağı düşüb.
Banco.az xəbər verir ki, İranın Hörmüz boğazını bütün ticarət gəmiləri üçün açacağına dair açıqlamaları təkliflə bağlı narahatlıqları azaldaraq Avropada təbii qaz qiymətlərinin kəskin enməsinə səbəb olub.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ mərkəzli X platformasındakı hesabında verdiyi açıqlamada bildirib ki, Livandakı atəşkəs müddətində Hörmüz boğazı bütün ticarət gəmilərinin keçidi üçün tam açıq olacaq. Bu açıqlamadan sonra Niderland mərkəzli virtual təbii qaz ticarət nöqtəsi TTF-də may ayı üzrə fyuçers qaz müqavilələrinin qiyməti saat 17:19-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 8,7 faiz azalaraq 38,74 avroya düşüb. Müqavilələr əvvəlki günü 42,42 avro səviyyəsində tamamlamışdı.
ABŞ və İsrailin İrana hücumları, eləcə də İranın cavab tədbirləri nəticəsində Bəsrə körfəzində gərginliyin artması səbəbilə qlobal mal və enerji ticarəti baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmi hərəkəti böyük ölçüdə dayanmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!