EN

Manə ilə Aytaca xüsusi hədiyyə

Manə Mollayeva və Aytac Şərifova Azərbaycanın qadınlardan ibarət millisinin heyətində 50-ci oyunlarını keçiriblər.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki futbolçuya dünən Andorra ilə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması verilib.

Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

Chosen
11
fanat.az

1Sources