"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.
Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə "DH Volley" komandası ilə qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalına "Gəncə" komandası sahib çıxıb.