EN

100 milyonluq Arda Gülərlə bağlı MARAQLI FAKT

"Real Madrid"in "Bavariya" ilə keçirdiyi oyunda Arda Gülərin nümayiş etdirdiyi performans İspaniya mediasında hələ də geniş müzakirə olunur. Madrid təmsilçisi bu qarşılaşmada 4:3 hesabıyla məğlub olaraq turnirlə vidalaşsa da, Gülər fərdi oyunu ilə diqqət mərkəzinə çevrilməyi bacardı.

Publika.az xəbər verir ki, İspaniyanın nüfuzlu nəşrlərindən olan "Marca" yazır ki, gənc futbolçu bu matçdan sonra həm oyun baxımından daha da yetkinləşib, həm də komandanın vazkeçilməz oyunçularından birinə çevrilib.

Məqalədə qeyd olunur ki, oyunun 88-ci dəqiqəsində Eduardo Kamavinqanın qırmızı vərəqə alması ilə "Real Madrid"in növbəti mərhələyə keçid şansları xeyli azaldı:

"Komandanın ulduzları - Kilian Mbappe qol vurmasına baxmayaraq, Vinisius Junior və Cud Bellinqem kimi oyunçular gözlənilən səviyyədən uzaq qaldılar. Gözləntiləri aşan yeganə futbolçu isə iki möhtəşəm qolla komandasını iki dəfə önə keçirən Arda Gülər oldu.

Manuel Noyerin uğursuz ötürməsindən istifadə edən Arda təxminən 40 metrdən vurduğu möhtəşəm zərbə ilə topu qapının sol yuxarı küncünə göndərdi. Ardınca isə sol ayağıyla yerinə yetirdiyi cərimə zərbəsi ilə topu səddin üzərindən aşıraraq yenidən qapını dəqiq nişan aldı və rəqib qapıçını aciz qoydu.

Chosen
25
9
publika.az

10Sources