EN

ABŞ-nin energetika naziri: İranla sülh sazişi iki həftə ərzində bağlana bilər

ABŞ-nin İranla sülh müqaviləsi iki həftə ərzində bağlana bilər.

Aznews.az xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Rayt bunu CNN-ə müsahibəsində bildirib.

"Bu, ehtimal ki, ağlabatan müddətdir", - o deyib.

ABŞ-nin vitse-prezidenti Jey Di Vensin yeni danışıqlar mərhələsi üçün İslamabada gedib-getməyəcəyi barədə suala K.Rayt vitse-prezidentin bu danışıqlara lap əvvəldən rəhbərlik etdiyini bildirib.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq, bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Chosen
23
1
aznews.az

4Sources