EN

"İmişli" "Kəpəz"ə, "Sumqayıt" "Qəbələ"yə qalib gəldi

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edib. Matç "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "İmişli" 3:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə qolsuz heç-heçə qeydə alınıb.

Turun son oyununda isə "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Mövsüm ərzindəki oyunlarda "Sumqayıt"ın üstünlüyü var. Belə ki, ilk dövrədə Saşa İliçin komandası "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçı isə qolsuz heç-heçə ilə başa çatıb.

19 aprel (bazar)

Misli Premyer Liqası, 28-ci tur

18:00. “Sumqayıt” - “Qəbələ” - 1:0

Qol: Höccət Haqverdi, 19

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

15:30. “Kəpəz” - “İmişli”  - 0:1

Qol: Azər Salahlı, 38

Yevlax şəhər stadionu

17 aprel (cümə)

“Zirə” - “Neftçi” - 1:1

“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3 

18 aprel (şənbə)

“Qarabağ” - “Sabah” - 0:1

“Karvan-Yevlax” - “Şamaxı” - 1:0


Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Chosen
35
8
teleqraf.com

9Sources