EN

Bədii gimnastika üzrə keçirilən Dünya kubokuna yekun vuruldu (FOTO)

Bakı. Trend:

Milli Gimnastika Arenası 17–19 aprel tarixlərində yenidənmöhtəşəm idman bayramına ev sahibliyi etdi. Bədii gimnastika üzrəkeçirilən Dünya kubokunda 42 ölkədən 150-dən çox gimnast iştirakedərək tamaşaçılara unudulmaz anlar yaşatdı.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, üç gün davamedən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isəhəyəcanlı finallara həsr olundu. Təsnifat mərhələsində fərdigimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxış edərəkbacarıqlarını nümayiş etdirdilər. Çoxnövçülük üzrə nəticələrəəsasən, Ukraynanı təmsil edən Taisiia Onofriichuk birinci yerəlayiq görüldü. İkinci yeri Almaniya gimnastı Darja Varfolomeev,üçüncü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutdu.

Qrup hərəkətləri proqramında gimnastlar 3 halqa və 2 cüt gürzilə çıxış edərək yüksək peşəkarlıq sərgilədilər. Çoxnövçülük üzrəqalib İsrail komandası oldu. İspaniya ikinci, AIN 2 komandası isəüçüncü pillədə qərarlaşdı.

Final mərhələsində isə mübarizə daha da gərgin keçdi. Halqaproqramında qızıl medalı Taisiia Onofriichuk qazandı, StilianaNikolova ikinci, Sofiia İlteriakova isə üçüncü oldu. Topproqramında Darja Varfolomeev birinci, Sofia Raffaeli ikinci,Stiliana Nikolova isə üçüncü yeri tutdu. Gürzlər üzrə çıxışlardaDarja Varfolomeev qalib gəldi, Sofiia İlteriakova və TaisiiaOnofriichuk ikinci və üçüncü yerləri bölüşdülər. Lent proqramındada Darja Varfolomeev birinciliyini qorudu, Sofia Raffaeli ikinci,Akmaral Yerekesheva isə üçüncü oldu.

Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası birinci,Braziliya ikinci, Özbəkistan isə üçüncü oldu. 3 halqa və 2 cüt gürzproqramında isə İspaniya qızıl medal qazandı, AIN 2 ikinci,Bolqarıstan isə üçüncü yeri tutdu.

Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticəgöstərən gimnast və komanda “AGF Trophy” kuboku ilə təltif olundu.Bu mükafata fərdi proqramda Darja Varfolomeev, qrup hərəkətlərindəisə AIN 2 komandası layiq görüldü.

Yarış günləri ərzində gimnastların möhtəşəm çıxışları iləyanaşı, tamaşaçıların coşqusu, alqışları və dəstəyi də arenadaxüsusi ab-hava yaratdı. Tamaşaçılar üçün təşkil olunan əyləncəlimüsabiqələr isə tədbirə əlavə rəng qataraq onlara müxtəlifhədiyyələr qazanmaq imkanı verdi.

Foto: Arif Quluzadə

Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Bədii
Chosen
29
12
az.trend.az

10Sources