EN

"Onlardan üzr istəyirik" - Kaxaber Tsxadadze

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Sumqayıt"ın qonağı olan "Qəbələ" 0:1 hesablı məğlubiyyətə uğrayıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze oyun haqda fikirlərini bölüşüb:

"Hər şeyi özünüz gördünüz. Üstünlük bizim tərəfdə idi. Lakin əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Sonda soyuqqanlılıq çatmırdı ki, fərqlənə bilək. Son oyunlarda əlimizdən gələni etməliyik ki, Premyer Liqada qala bilək. Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Uğursuz nəticələr olsa da, bizi tək buraxmırlar. Onlardan bu nəticələrə görə üzr istəyirik".

Chosen
21
3
sportinfo.az

5Sources