EN

“Napoli” 2024-cü ildən bəri evdə məğlubiyyətsizlik seriyasını itirdi

İtaliya çempionatının növbəti turunda “Napoli” doğma meydanda“Latsio”ya 0:2 hesabı ilə məğlub olub.

90deqiqe.Az xəbər verir ki, “Napoli” uzun müddət davam edən evdə məğlubiyyətsizlik seriyasını da bu görüşdə itirib. Neapol təmsilçisi öz meydanında sonuncu dəfə 1,5 il əvvəl – 2004-cü ilin dekabrında uduzmuşdu və həmin vaxt da rəqib yenə “Latsio” olub.

Həmin oyunda yeganə qolu hazırda 25 yaşını qeyd edən Qustav İsaksen vurmuşdu.

Bu müddət ərzində “Napoli” evdə çempionat çərçivəsində 26 oyun keçirib: 19 qələbə, 7 heç-heçə və məğlubiyyətsiz seriya ilə çıxış edib.

Son məğlubiyyət isə komandanın çempionluq ümidlərinə ciddi zərbə vurub. Belə ki, lider İnter növbəti turda rəsmi şəkildə çempionluğu təmin edə bilər.

Chosen
27
90deqiqe.az

1Sources