EN

"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO

Tovuz rayonunun Aşağı Mülkülü kəndində tonlarla soğan fermerlərin həyətində xarab olur.
 
Kənd sakinləri Baku TV-yə məhsulu satışa çıxara bilmədiklərini, bazarlara çıxışın məhdud olduğunu bildirirlər.

 

 
Onların sözlərinə görə, əvvəlki illərdə, xüsusilə məhsul Rusiyaya ixrac olunanda qazanc əldə etmək mümkün idi, lakin bu il vəziyyət tamamilə fərqlidir.
 
"30 ildir soğan əkirik. Hər il məhsul yaxşı olurdu. Amma bu il satış yoxdur, bazara çıxışımız yoxdur. Əvvəllər Rusiyaya göndərirdik, yaxşı gəlir götürürdük. Bu il isə 2 500-3 000 manat xərcim çıxıb. Fəhlə tutmamışam, bütün işi özüm görmüşəm. İndi məhsul həyətimizdə qalıb. Hətta bir maşın soğanı çölə tökməyə məcbur oldum", - deyə fermerlərdən biri bildirib.
 
"Nə var idisə, hamısı məhv oldu. Kifayət qədər məhsul var, amma hamısı xarab olub gedir", - başqa bir sakin qeyd edib.
Chosen
17
5
moderator.az

7Sources