EN

Ben Şelton Münhendə zirvəni fəth etdi

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyanın altinci raketkası Ben Şelton Münhen turnirinin finalında italyan Flavio Kobolli üzərində inamlı qələbə qazanaraq çempion olub - 6:2, 7:5.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1 saat 31 dəqiqə davam edib. Şelton oyun boyu dörd eys və üç breyk-pointlə yadda qalıb. Kobolli isə iki eys etsə də, əlinə düşən altı breyk-point imkanından heç birini dəyərləndirə bilməyib. Hər iki tennisçi matç ərzində üç ikili səhvə yol verib.

Bu qalibiyyət 23 yaşlı amerikalı tennisçi üçün karyerasındakı beşinci, 2026-cı il mövsümündə isə ikinci ATP titulu olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
12
icma.az

10Sources