EN

Türkiyə klubu 5 ildən sonra geri dönür

Türkiyə I Liqasından Superliqaya yüksələn ilk komanda bəlli olub.

Publika.az xəbər verir ki, "Ərzurumspor" aşağı liqada mövsümün başa çatmasına 2 tur qalmış həm çempionluğu, həm də elitaya vəsiqəni təmin edib.

Komanda buna səfərdə "Bodrumspor"la 1:1 hesablı heç-heçə etməklə nail olub. Bu nəticədən sonra xallarını 79-a çatdıran çempionatın lideri ən yaxın izləyicisini 6 xal qabaqlayır.

"Serikspor" isə I Liqanı tərk edərək, II Diviziona düşüb.

Chosen
6
8
publika.az

9Sources