EN

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF – VİDEO

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı yeni yanaşmalar müzakirə olunur.

NOCOMMENT.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlırinə görə daha yaxşı olardı ki, minimum əməkhaqqı məbləği artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbət nəzərə alınsın. 2026-cı ilin ilk 2 ayında Azərbaycanda orta aylıq əməkhaqqı 1099 manat olub. Bu, o deməkdir ki, ölkədə minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizini təşkil edir. Qlobal olaraq daha uyğun hesab edilən nisbət isə 55-60 faizdir.

Minimum əməkhaqqındakı artım faizinin daha çox olması bu fərqin azalmasına səbəb ola bilər. Bu baxımdan, minimum əməkhaqqı artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbətin nəzərə alınması və minimum əməkhaqqında daha yüksək artımların reallaşması məqsədəuyğun olardı.

Bu il fevral ayında təsdiq edilən dəyişikliklərdən sonra bir il ərzində yeni mexanizmə uyğun olaraq minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflərin hazırlanması və təqdim olunması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
5
5
nocomment.az

10Sources