EN

Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib düşürməlidirlər? VİDEO

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Bakı küçələrində müşahidə olunan parkinq çatışmazlığı həm sürücülər, həm də sərnişinlərin ciddi narazılığına səbəb olur.AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, əsas prospektlərdə sağ və sol zolaqların tamamilə avtomobillərlə dolması nəqliyyatın hərəkətini çətinləşdirir.Xüsusilə taksi sürücüləri bildirirlər ki, sərnişin mindirib-düşürmək üçün müəyyən edilmiş parkinq yerlərinin dolması onları çətin vəziyyətdə qoyur. İkinci zolaqda avtomobil saxladıqda isə cərimə ilə üzləşmələri qaçılmaz olur. Sürücülər qeyd edirlər ki, sıxlıq olan prospektlərdə bu problem daha çox yaşanır və çıxılmaz vəziyyət yaradır.Nəqliyyat məsələləri üzrə ekspertlər isə problemin həlli üçün sözügedən yollarda infrastruktur dəyişikliklərinin zəruri olduğunu vurğulayırlar. Onların fikrincə, mövcud yol şəbəkəsi tələbata uyğunlaşdırılmalı və alternativ dayanacaq yerləri müəyyən edilməlidir.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlanan sorğu cavabsız qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
azxeber.com

2Sources