EN

İran ordusu: Tehran ABŞ ordusunun hücumuna dərhal cavab verəcək

“ABŞ atəşkəsi pozub Oman dənizində İran ticarət gəmisinə atəş açaraq onun naviqasiya sisteminə zərər verib”.

APA xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü deyib.

O əlavə edib ki, daha sonra bir qrup silahlı dəniz piyadası xüsusi əməliyyatla gəmini ələ keçirib.

“Tehran bu dəniz quldurluğuna və ABŞ ordusunun hücumuna dərhal cavab verəcək”, - ordu sözçüsü deyib.

Chosen
39
2
apa.az

3Sources