EN

Pulumuzu daha çox nəyə xərcləyirik?

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

"Bəs, pulumuzu daha çox nəyə xərcləyirik?

Həmin müddətdə istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. Bu ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir.

İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faiz artıb. Dərman peraparatlarının istehlakında artımlar tələb ilə yanaşı qiymətin də yüksəlməsi ilə əlaqədardır", - o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
20
axar.az

10Sources