EN

Latviya Azərbaycan ilə Aİ arasında praktiki əməkdaşlığın inkişafına fəal şəkildə töhfə verir (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Latviya Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında praktikiəməkdaşlığın inkişafına fəal şəkildə töhfə verir.

Bunu Latviyanın Xarici İşlər Naziri Bayba Braje AntalyaDiplomatiya Forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Onun sözlərinə görə, Latviya ilə Azərbaycan arasındamünasibətlər ənənəvi olaraq yaxın və konstruktiv xarakter daşıyır,yüksək səviyyəli siyasi dialoqu, parlamentlərarası mübadilələri,sahəvi əməkdaşlığı, iqtisadi əlaqələri və insanlararası təmaslarıəhatə edir.

“Bundan əlavə, 2017-ci ildən etibarən bu münasibətlər stratejitərəfdaşlıq səviyyəsinə yüksəldilib ki, bu da qarşılıqlı etimad vəanlayışın yüksək səviyyədə olmasından xəbər verir. Mövcudqeyri-sabit geosiyasi şəraitdə belə strateji münasibətlərinəhəmiyyətini qiymətləndirmək çətindir. Biz BMT Nizamnaməsininəhəmiyyəti, xüsusilə çoxtərəflilik, beynəlxalq hüquq və qaydalaraəsaslanan beynəlxalq nizam prinsipləri, həmçinin müstəqildövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət məsələlərindəortaq mövqeni bölüşürük. Tərəfdaşlığımız həm ikitərəfli qarşılıqlıfəaliyyət, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqzamanı bu prinsipləri birlikdə müdafiə etməyə kömək edir”, – deyənazir qeyd edib.

Braje həmçinin vurğulayıb ki, Latviyanın hazırda BMTTəhlükəsizlik Şurasında seçilmiş üzv kimi iştirakı BMTNizamnaməsinin əsas prinsiplərinin dəstəklənməsi üçün əlavəimkanlar yaradır.

“Biz həmçinin Aİ ilə Azərbaycan arasında münasibətlərdəLatviyanın Aİ üzvü kimi daha sıx dialoqun və qarşılıqlı faydalıpraktiki əməkdaşlığın inkişafına töhfə verməsi ilə müşayət olunanmüsbət dinamikanı alqışlayırıq”, – deyə o əlavə edib.

Ermənistan ilə Azərbaycan arasında sülh prosesində irəliləyişətoxunan Latviya XİN rəhbəri qeyd edib ki, onun ölkəsi 8 avqust2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı iləəldə olunmuş razılaşmaları alqışlayır.

“Bu razılaşmalar onilliklər davam edən münaqişənin başaçatdırılması yolunda mühüm irəliləyişdir. Latviya Ermənistan iləAzərbaycan arasında normallaşma prosesini tam dəstəkləyir və buradahər iki tərəfin davamlı konstruktiv qarşılıqlı fəaliyyətinimüşahidə edirik. Latviya hesab edir ki, beynəlxalq ictimaiyyət buprosesə töhfə verməli və onu dəstəkləməlidir. Yekun sülhmüqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda təhlükəsizliyin,sabitliyin və rifahın təmin olunmasına əhəmiyyətli töhfə verəcək,eyni zamanda, o cümlədən əlaqəlilik sahəsində Avropa ilə daha sıxəməkdaşlıq üçün yeni imkanlar açacaq”, – deyə o bildirib.

Latviya xarici işlər naziri Antalya Diplomatiya Forumundaiştirak çərçivəsində əsas məsələlərə də toxunub.

“Əsas mesajım ondan ibarət idi ki, NATO-nun müdafiə vəçəkindirmə üzrə 360 dərəcə yanaşmasını qorumaq son dərəcə vacibdir,çünki müxtəlif istiqamətlərdən qaynaqlanan təhlükəsizlikçağırışları və təhdidlər getdikcə daha çox qarşılıqlı əlaqəli olur.Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü Avropanınmüdafiə-sənaye potensialında ciddi boşluqları üzə çıxardı ki, bu dasursat istehsalına, təchizat zəncirlərinə və uzunmüddətlisatınalmalara iri həcmli investisiyaları stimullaşdırdı.

Alyansın hərbi və siyasi baxımdan güclü qalması üçün Avropa vəKanada müttəfiqləri kollektiv müdafiəyə daha çox resurs ayırmalı,ciddi imkan və qüvvələr formalaşdırmalıdır. Bu, mövcudtəhlükəsizlik mühitinin tələb etdiyi “güc vasitəsilə sülh”yanaşmasıdır və NATO-nun Ankarada keçiriləcək zirvə toplantısınahazırlıq çərçivəsində milli və kollektiv səylərimizi məhz buyanaşma müəyyən etməlidir”, – deyə o izah edib.

Bayba Braje həmçinin qeyd edib ki, Aİ iqtisadi təhlükəsizliksahəsində alətlərindən istifadə edə bilər. Bu, Avropa iqtisaditəhlükəsizlik strategiyası və onun “Aİ-nin iqtisaditəhlükəsizliyinin gücləndirilməsi” adlı birgə kommunikasiyavasitəsilə möhkəmləndirilməsi çərçivəsində, xüsusilə kritikasılılıqların azaldılması, iqtisadi məcburetməyə qarşı mübarizəeləcə də ticarət, investisiya nəzarəti və sənaye alətlərininrazılaşdırılması hesabına həyata keçirilə bilər.

“Latviyanın baxışına görə, Aİ-nin iqtisadi təhlükəsizliyitərəfdaşlıqlar vasitəsilə qurulmalıdır – sərbəst ticarət sazişləri,iqtisadi təhlükəsizlik üzrə dialoqlar, G7 çərçivəsində fəaliyyət vəmümkün plurilateral təşəbbüslər. Aİ üçün oxşar mövqeyə maliktərəfdaşlarla sıx əməkdaşlıq mühüm ümumi maraq kəsb edir və buistiqamətdə artıq ortaq anlayışın formalaşdırılması və iqtisaditəhlükəsizliyin möhkəmləndirilməsi üzrə işlər aparılır.Tərəfdaşlıqların dərinləşdirilməsi və qaydalara əsaslananbeynəlxalq nizamın gücləndirilməsi regional böhranların qarşısınınalınması və onların sistemli iqtisadi sarsıntılara çevrilməsininqarşısını almaq üçün həlledici əhəmiyyət daşıyır.

Enerji daşıyıcılarının qiymətlərində dəyişkənlikqeyri-sabitliyin ən sürətli ötürülmə kanallarından biri olaraqqalır. Bu sahədə Aİ artıq müəyyən alətlərə malikdir. Məsələn,“REPowerEU” – Rusiyanın fosil yanacaqlarından asılılıqdan sürətliimtina, “yaşıl enerji"yə keçidin sürətləndirilməsi və enerjisəmərəliliyinin artırılmasına yönəlmiş kompleks plandır. Butəşəbbüs təchizatın şaxələndirilməsi, bazarların sabitləşdirilməsivə qiymət dəyişkənliyinin azaldılmasına hədəflənib”, – deyə o əlavəedib.

Latviya XİN rəhbəri qeyd edib ki, Avropa İttifaqının İrana qarşımüharibənin kəskinləşməsi ilə meydana gələn böhrana reaksiyasıböyük ölçüdə əvvəlki enerji asılılığının aradan qaldırılmasıtəcrübəsinə əsaslanır.

“Rusiya enerji resurslarından asılılıq ciddi zəifliklikləryaratmışdı və onların azaldılması böyük siyasi səylər vəəhəmiyyətli iqtisadi xərclər tələb etdi. Bu təcrübə Aİ-nin sürətlireaksiya vermək və koordinasiyalı tədbirlər– o cümlədən birgə qazsatınalmaları, strateji ehtiyatların artırılması və məqsədli bazarmüdaxilələri kimi tədbiləri həyata keçirmək qabiliyyətinigücləndirdi.

Eyni zamanda, böhran bir daha onu sübut edir ki, bərpa olunanenerji mənbələrinə uzunmüddətli investisiyalar strateji baxımdandüzgün seçimdir. Aİ üzrə külək, günəş və su enerjisi sürətləinkişaf edir, nüvə energetikası isə əlavə variant kimi müzakirəpredmeti olaraq qalır. Latviya üçün güclü su enerji potensialımühüm baza rolunu oynasa da, dəyişən şəraitə uyğunlaşmaq üçünenerji balansının şaxələndirilməsi vacibdir.

Baltik ölkələrinin BRELL sistemindən ayrılması bu baxımdan mühümaddım oldu, belə ki, bu ümumavropa enerji şəbəkəsinə inteqrasiyanısürətləndirdi və enerji resurslarının ən çox tələb olunanistiqamətlərə yönəldilməsi imkanlarını artırmış oldu . Bu səylərhəm Avropanın təhlükəsizliyini, həm də qlobal rəqabət qabiliyyətinigücləndirir, eləcə də enerji qiymətlərinin əlçatanlığını artırmağakömək edir”, – deyə Braje yekunlaşdırıb.

Məqalədə:
Chosen
13
2
az.trend.az

3Sources