EN

Kibertəhlükəsizlik sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq qurulur

"Kibertəhlükələr sərhəd tanımır. Buna görə də həmfikir ölkələr arasında əməkdaşlıq və Avropa İttifaqı ilə tərəfdaşlıq həyati əhəmiyyət daşıyır".  

Bunu jurnalistlərə açıqlamasında e-Governance Academy təşkilatının baş kibertəhlükəsizlik eksperti və layihə rəhbəri Elsa Neem bildirib.

O qeyd edib ki, bu, xüsusilə gündəlik istifadə edilən məsələn, bank xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək baxımından önəmlidir. Bu xidmətlərdən biz həm ölkə daxilində, həm də xaricdə istifadə edirik.
 

Həmçinin diqqətə çatdırıb ki, bu yanaşma yalnız regional və ya Avropa perspektivi ilə məhdudlaşmır. Eyni zamanda bu təlimlər həm Qafqaz regionu üçün faydalıdır. Çünki məqsəd təkcə yeni həlləri təqdim etmək deyil, həm də qarşılıqlı öyrənmə və təcrübə mübadiləsidir.


"Bundan əlavə, tərəfdaşlarımız və Mərkəzi Bankla birlikdə müxtəlif hədəf qrupları üçün maarifləndirmə çərçivələrinin yaradılması üzərində düşünürük. Məqsəd ondan ibarətdir ki, adi istifadəçilərə onlayn mühitdə özlərini necə qoruya biləcəklərini sadə və anlaşıqlı şəkildə izah edək". 

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

Chosen
19
1
bizim.media

2Sources