EN

Ən praktik marşrut Azərbaycanındır: Səfir Cəlali Rusiya qazının nəqli ilə bağlı şok təfərrüatları açıqladı

İranın Rusiyadakı səfiri Kazem Cəlali "Vedomosti" qəzetinə verdiyi sensasiyalı müsahibəsində Rusiya qazının Azərbaycan vasitəsilə İrana nəqlini nəzərdə tutan nəhəng layihənin maliyyələşmə sirrini açıb.

Musavat.com xəbər verir ki, tərəflər sanksiyaların təsirini sıfıra endirmək üçün "hibrid model" və milli valyutalarla hesablaşma mexanizmini tətbiq etməyə hazırlaşırlar.

Rusiya-İran qaz ittifaqının Azərbaycan marşrutu üzrə inkişafının və 8 milyardlıq sərmayə planının şok detalları:

İran səfiri bildirib ki, layihənin maliyyələşdirilməsi üçün tətbiq olunacaq "hibrid model" həm dövlət vəsaitlərini, həm də Rusiyanın iri enerji nəhənglərinin (başda "Gazprom" olmaqla) birbaşa investisiyalarını nəzərdə tutur. Artıq Rusiyanın İranın qaz layihələrinə ümumilikdə 8 milyard dollar investisiya qoyması barədə razılıq əldə olunub ki, bunun da 5 milyard dolları konkret müqavilələr üzrə icra olunacaq. Ən mühüm məqam isə odur ki, bütün hesablaşmalar dollar və avronu kənarlaşdıraraq rial və rubl ilə həyata keçiriləcək. Cəlali Azərbaycan marşrutunu "ən reallıq və ən praktik yol" adlandıraraq qeyd edib ki, bu istiqamətdə texniki hazırlıqlar yekunlaşmaq üzrədir. Rusiya tərəfi, konkret olaraq Energetika naziri Sergey Tsivilyov təsdiqləyib ki, marşrut artıq razılaşdırılıb və hazırda qiymət üzrə kompromis variantlar – neft və qazın kalorilik pariteti əsasında danışıqlar aparılır. İlkin mərhələdə Azərbaycan vasitəsilə illik 2 milyard kubmetr qazın nəqli planlaşdırılsa da, gələcəkdə bu rəqəmin 55 milyard kubmetrə çatdırılması və İranın Rusiya qazını qonşu ölkələrə reeksport edən regional "qaz habı"na çevrilməsi hədəflənir. 2026-cı ilin investisiya proqramına daxil edilən bu meqalayihə, Azərbaycanın tranzit ölkə kimi strateji əhəmiyyətini artırmaqla yanaşı, regionda Qərb sanksiyalarından kənar yeni bir enerji arxitekturasının təməlini qoyur.


Musavat.com

Chosen
19
musavat.com

1Sources