EN

Messinin həyat yoldaşı diqqət çəkdi: 5 milyon dollarlıq boyunbağı - FOTO

Dünyaca məşhur futbolçu Lionel Messinin xanımı Antonela Rokuzzo, ABŞ-da qatıldığı lüks brendlərdən birinin tədbirində taxdığı bəzək əşyası ilə gündəmi zəbt edib. Sadə zərifliyini günəş formasında olan nəhəng brilyant boyunbağı ilə tamamlayan Rokuzzonun stilinin qiyməti dodaq uçuqladıb.

Azreform.info İspaniya mətbuatına istinadən xəbər verir ki, Antonelanın bu özəl gecə üçün seçdiyi eksklüziv boyunbağının dəyəri tam 5 milyon dollar (təxminən 8,5 milyon manat) təşkil edir. Gecə boyunca bütün baxışları üzərinə çəkən Rokuzzo, sosial media hesabında paylaşdığı fotolarla da izləyicilərin rəğbətini qazanıb.

Bu bahalı aksessuar futbol ulduzu Lionel Messinin sərvətini yenidən müzakirə mövzusuna çevirib. Ümumi varidatının 650 milyon dollar olduğu bildirilən argentinalı hücumçu, futbol dünyasının ən zənginləri siyahısında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Matyo Flamini rəhbərlik edir, ikinci sırada isə Kriştiano Ronaldo yer alıb.

Chosen
2
2
azreform.info

3Sources