EN

ABŞ-də silahlı hücum: 8 uşaq öldürüldü

ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində bazar günü səhər saatlarında baş verən silahlı hücum nəticəsində 8 uşaq həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Şrivport Polis Departamentinin qrupları dünən səhər saat 06:00 radələrində "ailədaxili münaqişə" xəbərdarlığı əsasında Qərbi 79-cu küçənin 300 nömrəli blokuna cəlb edilib. Polis sözçüsü Kristofer Bordelon hadisə yerinin iki ayrı ev və yaxınlıqdakı Harrison küçəsində üçüncü bir nöqtəni əhatə edəcək şəkildə "geniş bir əraziyə yayıldığını" açıqlayıb.

"NBC News"-un verdiyi məlumata görə, Bordelon "Üç fərqli hadisə yeri var. Əsas silahlı hücum Qərbi 79-cu küçənin 300 nömrəli blokunda baş verib. Harrison küçəsində bu hadisə ilə bağlı ikinci bir hücum daha var. Bundan əlavə, bir zərərçəkənin hücumdan sonra qaçdığı qonşu ev mövcuddur", - deyə bildirib.

Rəsmilərin verdiyi məlumata görə, yaşları 1 ilə 14 arasında dəyişən toplam 10 nəfər güllələnib, onlardan səkkizi həyatını itirib.

Şübhəlinin hadisə yerindən qaçdıqdan sonra Qərbi 79-cu küçə ilə Linnvud kəsişməsinə yaxın bir nöqtədə avtomobil qaçırdığı qeyd edilib. Şübhəli Bossier Pariş bölgəsində baş verən təqib zamanı polis tərəfindən vurularaq öldürülüb.

Polis hücumu həyata keçirən şəxsin tək icraçı olduğuna inandıqlarını açıqlayıb. Şübhəlinin kimliyi ilə bağlı təfərrüat paylaşılmasa da, Bordelon evlərdə olan bəzi uşaqların hücumçunun "öz övladları" olduğunu ifadə edib. Hücumun səbəbi isə hələlik müəyyən edilməyib.

Şəhər meri Tom Arseno keçirilən mətbuat konfransında şəhərin yas içində olduğunu qeyd edib: "Bu, Şrivportda indiyə qədər yaşadığımız ən faciəvi hadisə ola bilər".. Hadisə ilə bağlı araşdırma başladılıb.

Chosen
5
cebheinfo.az

1Sources