EN

Amerika ordusunun veteranı 7 övladını güllələdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Luiziana ştatındakı faciəli atışmanı Amerika ordusunun veteranı 31 yaşlı Şamar Elkins həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, ölən səkkiz uşaqdan yeddisi onun öz övladı olub:

“Faciədən bir müddət əvvəl o, uşaqları ilə birlikdə çoxsaylı fotoşəkil, o cümlədən Pasxa bayramında kilsəyə birgə səfərindən şəkil dərc edib. Başqa bir paylaşımında isə o, Tanrıdan ruhi sağlamlıq problemlərinin öhdəsindən gəlməsində ona kömək etməsini istəyib”.

Qeyd edək ki, ötən gün Luiziana ştatının Şrivport şəhərində baş verən atışmada 1 və 14 yaş arasında olan 8 uşaq qətlə yetirilmiş, daha iki nəfər yaralanmışdı. Hücumda şübhəli bilinən şəxs təqib zamanı polis tərəfindən güllələnərək öldürülmüşdü.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
axar.az

1Sources