EN

Elektron satınalmaların dəyəri 14%-ə yaxın artıb

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral ayları ərzində elektron satınalmalarötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 11,1%, məbləğ üzrəisə 13,9% artıb.

Trend bubarədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyinə istinadən xəbər verir.

Belə ki, bu ilin ilk iki ayında ərzində elektron satınalmalarınsayı 783 vahid, məbləği isə 407,1 milyon manat təşkil edib. Ötənilin eyni dövründə elektron satınalmaların sayı 705, məbləği isə357,5 milyon manata bərabər idi.

Qeyd edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrəorta iştirakçı sayı 3,9 olub. Bildirilib ki, bu, sağlam rəqabətin,kiçik və orta sahibkarlarların (KOB) fəallığının və iqtisadidiversifikasiyanın göstəricisidir.

“Dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadisəmərəliliyi təmin edir, kiçik və orta sahibkarların (KOB) dövlətsifarişlərinə çıxışını asanlaşdırır və informasiya əlçatanlığınıartırmaqla bazarda bərabərliyi təşviq edir”, - məlumatda əlavəedilib.

Məqalədə:
Chosen
16
8
az.trend.az

10Sources