Daşkəsəndə "Qazel" ilə minik maşını toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən-Xoşbulaq yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəktədə olan minik maşını ilə "Qazel" markalı yük avtomobili toqquşub. Qəza zamanı 1984-cü il təvəllüdlü V.Ələsgərov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov