EN

Beyləqanda suvarma infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür

Beyləqan rayonu tarixən özünün zəngin kənd təsərrüfatı ənənələri, xüsusilə əkinçilik sahəsində əldə etdiyi yüksək nəticələrlə respublikada seçilən bölgələrdəndir. Təsadüfi deyil ki, Beyləqan rayonu respublika üzrə ötən il pambıq məhsuldarlığı göstəricisinə görə 1-ci yeri təmin etmişdir. Bu uğurların davamlılığının təmin olunması, xüsusilə yaz-yay suvarma mövsümündə əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.

Ekologiya.az bildirir ki, məhz bu məqsədlə rayon ərazisində suvarma infrastrukturunun təkmilləşdirilməsi istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirilir. 

Beyləqan Rayon İcra Hakimiyyətinin də dəstəyi ilə Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən kənd və qəsəbələrdə suvarma kanalları və arxlar lil, qamış, kol-kos və digər maneələrdən təmizlənir, çay məcralarının bərpası istiqamətində zəruri işlər görülür.
Görülən bu tədbirlər nəticəsində su arxlarının ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılır, su itkilərinin qarşısı alınır və əkin sahələrinin vaxtında, keyfiyyətlə suvarılması təmin edilir. Bu isə mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, kənd təsərrüfatı, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın daha da yüksəlməsinə zəmin yaradır.
Beyləqanda həyata keçirilən bu cür məqsədyönlü işlər rayonun aqrar potensialının gücləndirilməsinə və fermerlərin rifahının yaxşılaşmasına mühüm töhfə verir.
Rayon fermerləri kənd təsərrüfatına göstərilən diqqət və qayğıya, xüsusilə su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə öz minnətdarlıqlarını bildirirlər.
Chosen
5
1
ekologiya.az

2Sources