EN

"Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində (FOTO)

Bakı. Trend:

13–17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorfşəhərində boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biriolan "Tube 2026" sərgisi keçirilib. Azərbaycanı sərgidə yeganəmilli iştirakçı qismində “Baku Steel Company” QSC (bundan sonra –BSC) təmsil edib.

Sərgi çərçivəsində şirkətin nümayəndə heyəti Avropa İttifaqı,ABŞ, Mərkəzi Asiya və Yaxın Şərq regionlarından olan mövcud vəpotensial müştərilərlə bir sıra işgüzar görüşlər keçirib.Danışıqların nəticəsi olaraq tərəfdaşların BSC-nin istehsalatsahələrinə səfərləri, eləcə də xarici regionlarda sifarişçilərinobyektlərinə texniki səfərlərin təşkili razılaşdırılıb. Keçiriləngörüşlər şirkətin ixrac coğrafiyasının genişləndirilməsi vəbeynəlxalq işgüzar əlaqələrinin yeni müstəviyə çıxarılmasıbaxımından əhəmiyyətli olub.

Bundan əlavə, aparıcı avadanlıq istehsalçıları ilə keçiriləngörüşlərdə perspektivli birgə layihələr, uzunmüddətli təchizatimkanları və texnoloji əməkdaşlıq istiqamətləri müzakirəolunub.

Tədbirin önəmli nəticələrindən biri də BSC-nin Beynəlxalq BoruAssosiasiyasına (International Tube Association – ITA) üzvlük üçünrəsmi dəvət alması olub. Bu, şirkətin beynəlxalq bazarlardakıfəallığının, artan sənaye nüfuzunun və qlobal standartlara uyğunfəaliyyətinin göstəricisidir.

Tube sərgisi 1988-ci ildən etibarən iki ildən bir keçirilir.2026-cı il sərgisində 40-dan çox ölkədən 1100-dən artıq şirkətiştirak edərək boru sənayesi üçün geniş çeşiddə həllər nümayişetdirib.

Xatırladaq ki, BSC 2024-cü ildə API (American PetroleumInstitute) sertifikatını əldə edərək, bu beynəlxalq standartçərçivəsində istehsal olunan boru məhsullarının ABŞ və Avropaİttifaqı bazarlarına ixracına başlayıb. Bu sertifikat şirkətinməhsullarının neft-qaz sənayesinin yüksək keyfiyyət və texnikitələblərinə uyğunluğunu təsdiq edir və beynəlxalq bazarlardakırəqabət qabiliyyətini daha da gücləndirir.

ŞİRKƏT HAQQINDA

“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiyamüəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçünyüksək keyfiyyətli polad məhsulları istehsal edir.

Ətraflı məlumat üçün: www.bakusteel.com

Chosen
1
6
az.trend.az

7Sources