EN

“Neftçi” mövsümün sonunda rumıniyalı futbolçu ilə yollarını ayıracaq

Bakı, 20 aprel, AZƏRTAC

Mövsümün sonunda “Neftçi”dən ayrılacaq ilk futbolçunun adı bəlli olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Bakı klubu rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin ilə yollarını ayıracaq.

Bu mövsüm “ağ-qaralar”ın heyətində nadir hallarda meydana çıxan oyunçu ilə müqavilənin müddəti yenilənməyəcək.

Qeyd edək ki, Kristian Kostin ötən ilin yayında “Neftçi” ilə 1+1 illik müqavilə imzalayıb.

Müxbir – Cavid Əliyev

Chosen
6
2
azertag.az

3Sources