EN

İran XİN: Yük gəmisini ələ keçirməsi təcavüz aktıdır

Rəsmi Tehran ABŞ-nin İran bayrağı altında üzən yük gəmisini ələ keçirməsini təcavüz aktı hesab edir.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"İran ticarət gəmisinə hücum təcavüz aktıdır", - deyərək o əlavə edib ki, vəziyyət Vaşinqtonun sözləri ilə hərəkətləri arasında açıq-aşkar ziddiyyəti nümayiş etdirir.

"Bu, İran xalqının Amerikanın niyyətlərinə inamsızlığını daha da artırır. Buna görə də, İran milli maraqları və mənfəətləri birinci yerə qoyaraq danışıqlar prosesinin davam etdirilməsi zərurəti ilə bağlı müvafiq qərarlar qəbul edəcək. Hələlik danışıqların növbəti mərhələsində iştirakla bağlı heç bir niyyət yoxdur", - Bəqabi bildirib.

Aprelin 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun İran bayrağı altında Oman körfəzində üzən "Touska" yük gəmisini ələ keçirdiyini və nəzarəti ələ keçirdiyini açıqlayıb.


Telegram kanalımız
Chosen
37
50
yenisabah.az

10Sources