Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
DYP hava şəraiti ilə bağlı müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən AYNA.AZ-a verilən məlumatda qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına uyğun olaraq, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur: "Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər".
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.