EN

Venesuela neft hasilatını artırdı - “Ölkə beynəlxalq arenaya qayıdır”

Venesuela neft hasilatında artım olduğunu və iqtisadi canlanma mərhələsinə daxil olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Delsi Rodrigez müvəqqəti prezident kimi fəaliyyətinin 100 gününün yekunlarına dair televiziya çıxışında ölkənin neft sektorundakı vəziyyətlə bağlı məlumat verib.

O bildirib ki, dövlətə məxsus neft və qaz şirkəti hazırda gündə 1,1 milyon barel neft hasil edir. Rodrigezin sözlərinə görə, Venesuela həmçinin qaz ixracı istiqamətində ilk addımlarını atmağa başlayıb və yaxın aylarda əvvəlki hasilat səviyyəsinin bərpasını hədəfləyir.

Rəsmi əlavə edib ki, ölkə beynəlxalq iqtisadi mühitə yenidən inteqrasiya olunur və yüzlərlə xarici şirkət Venesuelaya investisiya yatırmaqda maraqlıdır.

O qeyd edib ki, son dövrlərdə görülən iqtisadi tədbirlər Venesuelanın “beynəlxalq arenaya qayıdışını” sürətləndirib.

Aminə ŞAHSUVARQIZI

Chosen
17
1
redaktor.az

2Sources