EN

İsrail xristianlardan üzr istədi: İyrənc hərəkətdir

İsrail xarici işlər naziri Qideon Saar İsrail Müdafiə Qüvvələrinin əsgəri tərəfindən zədələnmiş İsa Məsihin heykəlinə görə xristianlardan üzr istəyib.

Publika.az xəbər verir ki, Saar sosial mediada yazıb:

"Cənubi Livanda İsrail Müdafiə Qüvvələrinin əsgəri tərəfindən xristian dini simvolunun məhv edilməsi təhlükəli və utancvericidir. İsrail Müdafiə Qüvvələrinin bu hadisəni pisləyən və araşdırma başladan bəyanatını alqışlayıram. Əminəm ki, bu iyrənc hərəkəti törədənlərə qarşı lazımi sərt tədbirlər görüləcək. Bu utancverici hərəkət dəyərlərimizə tamamilə ziddir".

Onun sözlərinə görə, İsrail "müxtəlif dinlərə və onların müqəddəs simvollarına hörmət edən və dinlərin ardıcılları arasında tolerantlıq və hörmət dəyərlərini gücləndirməyə çalışan" bir ölkədir.

İsrailli nazir bildirib ki, "Bu hadisəyə və xristian hisslərinə dəyən hər hansı bir zərərə görə üzr istəyirik".

Chosen
53
16
publika.az

10Sources