EN

Azərbaycanda İmmunizasiya Həftəsi Uşaqların peyvəndlənməsi necə aparılır?

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bununla bağlı səhiyyə naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, respublikanın bütün şəhər və rayonlarında immunizasiya tədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və peyvəndlənmə səviyyəsinin artırılması nəzərdə tutulur. Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, immunizasiya yoluxucu xəstəliklərdən qorunmanın ən effektiv və təhlükəsiz üsullarından biridir. Peyvəndlər vasitəsilə qızılca, məxmərək, epidemik parotit, göyöskürək, difteriya, tetanus, poliomielit, vərəm, hepatit B və digər infeksiyaların qarşısını almaq mümkündür. Qeyd olunub ki, ölkəyə gətirilən bütün vaksinlər beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq ciddi nəzarətdən keçirilir, onların saxlanması və daşınması “soyuq zəncir” sistemi ilə təmin olunur. Mütəxəssislər vurğulayır ki, uşaqların peyvəndlənməsi yalnız fərdi sağlamlığı deyil, həm də ictimai sağlamlığı qoruyur. Kollektiv immunitetin formalaşması xəstəliklərin yayılmasının qarşısını alır və peyvənd oluna bilməyən şəxsləri də dolayı yolla müdafiə edir. Azərbaycanda uşaqlar üçün profilaktik peyvəndlər dövlət proqramına uyğun həyata keçirilir və dövlət tibb müəssisələrində ödənişsiz aparılır. Peyvəndlər uşaqların ən riskli dövrlərdə müxtəlif infeksiyalara qarşı immunitet qazanmasını təmin edir. Röya Əliyeva

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
azvision.az

1Sources