EN

Lempard mövsümün ən yaxşı baş məşqçisi seçildi

Frenk Lempard "Çempionşip"də mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Fanat.Az xəbər verir ki, məlumatı turnirin mətbuat xidməti yayıb.

Onun baş məşqçisi olduğu "Koventri Siti" Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin edib. Komanda 2000/2001 mövsümündən sonra ilk dəfə elitada iştirak hüququ qazanıb.

Xatırladaq ki, daha əvvəl "Çelsi" və "Everton"da işləmiş İngiltərə millisinin sabiq futbolçusu 2024-cü ilin noyabrında "Koventri Siti"nin uğurları üçün çalışır.

Chosen
10
2
fanat.az

3Sources