EN

Payızda referendum keçiriləcək? AÇIQLAMA KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son günlər Baş nazir Əli Əsədovun biznesi və “tikinti səltənəti” barədə yayılan xəbərlərdən sonra Azərbaycanda referendum keçiriləcəyi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Müzakirələr zamanı 2026-cı ilin payızında referendum olacağı, Nazirlər Kabineti strukturunun ləğv ediləcəyi barədə iddialar səsləndirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa isə deyib ki, referendumla bağlı rəsmi məlumat yoxdur.

“Yüzlərlə xəbərlər yer alır. Bu o demək deyil ki, dərhal hansısa nəticə çıxarmaq lazımdır. Belə bir məlumat yoxdur. Rəsmi şəkildə də açıqlama olmayıb” – o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
53
2
konkret.az

3Sources