EN

Sosial müqayisə bəlası: Başqasının həyatı ilə yaşayanlar AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sosial şəbəkələr artıq sadəcə ünsiyyət və paylaşım platforması deyil, həm də insanların özlərini təqdim etdiyi “virtual vitrin”ə çevrilib. Burada çox vaxt real həyatdakı imkanlardan daha parlaq, daha ideal və bəzən də reallıqdan uzaq obraz yaradılır. İnsanlar gündəlik həyatlarını olduğu kimi yox, daha çox diqqət çəkəcək, bəyənmə və reaksiyalar qazandıracaq formada göstərməyə üstünlük verirlər. Bu isə zamanla “hype” deyilən sosial təzyiq və müqayisə mühitini formalaşdırır.Bu barədə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, rəqəmsal kimliklər formalaşıb, reallıq isə getdikcə arxa plana keçir:“İnsanlar virtual mühitdə emosional təcrübə yaşayır, özlərini rasional və idarəolunan kimi qavrayırlar. Real həyatda formalaşan illüziyalar rəqəmsal mühitdə daha da dərinləşir. Sosial şəbəkələrdə məqsəd artıq mövcud olmaq deyil, ideal və üstün görünməkdir. Xoşbəxt və firavan həyat görüntüsü təqdim etməklə insan çox vaxt bu görüntünü real məmnunluq kimi qəbul etməyə başlayır. Sosial təsdiq ehtiyacı davranışları müəyyənləşdirir. İnsan qəbul olunmaq və dəyər görmək üçün özünü xarici reaksiyalara uyğunlaşdırır. Sosial şəbəkələrdə alınan bəyənmə və reaksiyalar beynin mükafat sistemini aktivləşdirir, qısa müddətli məmnunluq hissi yaradır. Bu mexanizm zamanla vərdişə çevrilir və emosional asılılıq formalaşdırır. İnsan öz dəyərini daxili meyarlara deyil, xarici təsdiqlərə bağlayır. Müqayisə instinkti güclənir, həyat başqalarının seçilmiş və idealizə olunmuş görüntüləri ilə ölçülməyə başlayır. Real həyatla təqdim olunan obraz arasındakı məsafə artır. İnsan həm başqalarına, həm də özünə daha ideal bir versiya göstərməyə çalışır. Daxildə yaranan boşluq qalır, sadəcə gizlədilir. Rəqəmsal xoşbəxtlik insanı real həyatdan uzaqlaşdırır. Daxili sabitsizlik, gərginlik və davamlı narazılıq artır. Başqalarının gözləntilərinə uyğun yaşayan, öz həyatını sosial müqayisə ilə quran insanlar zamanla öz reallıq hissini itirir və psixoloji dayanıqlılıq zəifləyir”.Leyla Turan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
demokrat.az

1Sources