EN

Mossad Azərbaycanda təxribat cəhdinin qarşısını aldı: Onlar öldürlüdü

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Mossad, Şin Bet və İsrail Müdafiə Qüvvələrinin birgə əməliyyatı nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində yüksək vəzifəli İsrail rəsmilərinə sui-qəsd etmək və dünya üzrə strateji obyektlərə, İsrail limanlarına və gəmilərinə hücum etmək üzrə ixtisaslaşmış gizli xüsusi təyinatlı qüvvələr bölməsinin daxili strukturu aşkarlanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə israelinfo yazıb.

Bu məlumatın yayılmasına İranla müharibə zamanı şəbəkənin əsas üzvlərinin genişmiqyaslı şəkildə məhv edilməsindən sonra icazə verilib və İsrailin beynəlxalq tərəfdaşları şəbəkə üzvlərinin bir sıra həbslərini həyata keçiriblər.

Qrupun fəaliyyətinin ən səs-küylü hadisələrindən biri Azərbaycanda təxribat cəhdi olub:

“Bir neçə həftə əvvəl yerli hakimiyyət orqanları strateji Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf alan bir qrupu zərərsizləşdiriblər. Sənaye obyektindən əlavə, terrorçular Bakıdakı İsrail səfirliyinə, yerli sinaqoqa və Azərbaycandakı yəhudi icmasının liderlərinə hücumlar planlaşdırırdılar”.

Terrorçuların həbsləri zamanı onlardan kamikaze dronları və partlayıcı qurğular müsadirə edilib. İstintaq müəyyən edib ki, qrup birbaşa Tehrandan əmr alaraq hədəflərin yaxından fiziki müşahidəsi və foto çəkilişləri aparıb.

İsrail kəşfiyyat orqanları gizli mexanizmin idarəetmə zəncirini tədricən bərpa ediblər və onların bir çox halqaları artıq məhv olunub.

Onlardna biri də Rəhman Müqəddəm olub. O, gizli aparatın rəhbəri və Xüsusi Əməliyyatlar Bölməsinin (4000-ci Bölmə) rəhbəri olub. O, İrandan kənara terrorizm ixracına və İsrailə yüksək texnologiyalı silahların qaçaqmalçılığına görə məsuliyyət daşıyıb. Müqəddəm SEPAHIN kəşfiyyat rəisi Məcid Xademinin (öldürülüb) birbaşa himayəsi altında hərəkət edib.

Xademi aparatın rəhbəri kimi son illərdə dünyada terror fəaliyyətlərini təşviq edib. Bu fəaliyyətlərə İsrailin siyasi rəhbərliyi və təhlükəsizlik qüvvələri, eləcə də İsraildə və dünyanın hər yerində hərbi qurğular (İsrail və Qərb), limanları və İsrail gəmiləri haqqında kəşfiyyat məlumatları toplamaq üçün İranda və xaricdə əməliyyatçıların işə götürülməsi və təlimləndirilməsi daxil idi.

Möhsün Suri (öldürülüb) – 4000-ci Bölmənin aparıcı əməliyyatçısı olub. O, yerli hücrələrə məlumat vermək üçün şəxsən xaricə səyahət edib. Suri Mossad və Şin Bet arasında birgə səylər nəticəsində təhlükəsiz yer kimi seçdiyi evdə öldürülüb.

"Doktor" ləqəbli Mehdi Yeke-Dehkan Avropa və Azərbaycandakı əməliyyatlara nəzarət edib. Onun adı kəşfiyyat hesabatlarında 2026-cı ilin yanvar ayında, intiharçı dronların Kiprə daşınması və İncirlikdəki Amerika hava bazasının müşahidəsi cəhdinin Türkiyədə qarşısı alındığı zaman ortaya çıxıb.

İsrail təhlükəsizlik rəsmiləri birgə bəyanatda vurğulayıblar ki, İranın terrorizmi ənənəvi hərbi əməliyyatlara əlavə olaraq istifadə etmək cəhdlərinə baxmayaraq, SEPAH-ın infrastrukturunun və rəhbərliyinin sistematik şəkildə məhv edilməsi Tehranı bu vasitədən məhrum edir. İran təhdidlərini neytrallaşdırmaq üçün beynəlxalq kəşfiyyat icmaları ilə birgə iş tam gücü ilə davam edəcək.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

Mossad təxribat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
cebheinfo.az

2Sources