EN

2 milyon dollarlıq Hörmüz boğazı necə işləyir? Çin yuanı ilə ödəniş

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Qlobal enerji ticarətinin ürəyi hesab olunan Hörmüz boğazında müharibədən sonrakı yeni düzən dəniz daşımalarında faktiki olaraq "ödənişli keçid sistemi" yaradıb. İranın nəzarəti altında formalaşan bu marşrutda artıq bəzi tankerlərdən keçid üçün 2 milyon dollara yaxın vəsait tələb olunur. Beynəlxalq hüquq normalarını çətinliyə salan bu yeni model enerji bazarlarından geosiyasətə qədər geniş bir sahəyə təsir edir.

Ölkə.Az HaberGlobal-a istinadən xəbər verir ki, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəsdən sonra Tehran rəhbərliyi boğazdakı gəmi hərəkətliliyini sərt nəzarətə götürüb. Hazırda gündəlik keçid sayı təxminən 12 gəmi ilə məhdudlaşdırılıb. Bütün proses hazırda İran İnqilab Keçşikçiləri Korpusunun (SEPAH) nəzarətindədir. Keçid rüsumu gəminin ölçüsünə və daşıdığı yükün növünə görə müəyyən edilir.

Gəmilər artıq beynəlxalq dəniz yolundan birbaşa istifadə etmək əvəzinə, İran sahillərinə yaxın xüsusi dəhlizə yönləndirilir. Bu xətt Hörmüz boğazındakı Keşm və Larak adaları arasından keçir və İran tərəfindən "təhlükəsiz marşrut" kimi xarakterizə olunur. Proses bir neçə mərhələdən ibarətdir:

İlkin danışıqlar: Gəmi sahibləri və brokerlər İran tərəfi ilə keçid şərtlərini müzakirə edirlər.

Ödəniş: Rüsumlar əsasən Çin yuanı və ya kriptovalyuta ilə qəbul edilir.

Təsdiq və müşayiət: Ödənişdən sonra SEPAH gəminin keçidinə icazə verir və gəmilər hərbi müşayiət altında təyin olunmuş dar dəhlizlə hərəkət edir.

İran bu məbləğə təkcə tranzit haqqını deyil, həm də "təhlükəsizlik", "müşahiət" və "inzibati prosedurlar" kimi xidmət xərclərini də daxil edir.

Üçmərhələli filtr: Kimlər keçə bilir?

İranın tətbiq etdiyi sistem bütün gəmilər üçün eyni deyil. Körfəzdə üç fərqli yanaşma mövcuddur:

Müttəfiqlər: İran və ya ona müttəfiq ölkələrin gəmiləri pulsuz və ya simvolik qiymətə keçə bilir.

Bitərəflər: Neytral ölkələr müzakirə yolu ilə təyin olunmuş rüsumu ödəməlidirlər.

Rəqiblər: ABŞ və müttəfiqlərinə yaxın ölkələrin gəmiləri ya tamamilə bloklanır, ya da həddindən artıq yüksək qiymətlərlə qarşılaşırlar.

Hərəkət kəskin azalıb, gəlir isə artıb

Müharibədən əvvəl gündə 100-dən çox gəminin keçdiyi Hörmüz boğazında keçid kəskin şəkildə azalıb. Bəzi günlərdə keçid sayı bir rəqəmli ədədlərə düşsə də, müəyyən sayda gəmi yeni sistemə uyğunlaşaraq hərəkəti davam etdirir. Ekspertlərin fikrincə, bu, İran üçün yalnız təhlükəsizlik tədbiri deyil, həm də mühüm iqtisadi rıçaqdır. Qlobal neft daşımalarının təxminən 20%-nin bu boğazdan keçdiyini nəzərə alsaq, bu model İrana illik 7-8 milyard dollar əlavə gəlir qazandıra bilər.

Buna baxmayaraq, "2 milyon dollarlıq xətt" ciddi hüquqi mübahisələrə səbəb olub. Beynəlxalq dəniz hüququna görə, təbii boğazlardan keçid sərbəst olmalı və heç bir rüsum tətbiq edilməməlidir. ABŞ və Avropa ölkələri bu addımı "qanunsuz" adlandırsa da, Tehran rəhbərliyi müharibə şəraiti və təhlükəsizlik zərurətini əsas gətirərək mövqeyindən geri çəkilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
39
olke.az

10Sources