EN

Azərbaycanda uşaq yeməkləri ilə bağlı yeni TƏHLÜKƏ “Bu, dəhşətli faktdır!”

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Avstriyada polis HiPP markalı uşaq qidasında siçan zəhəri aşkar edib. Hətta SPAR mağazalarında satılan bu məhsullar geri çağırılıb. HiPP şirkətinin açıqlamasında zəhərli tapıntıların məhsullara xaricdən qəsdən müdaxilə ilə yeridildiyi vurğulanıb. Bu, olduqca ciddi və dəhşətli fakt hesab edilir.

Azərbaycanda HiPP markalı uşaq yeməklərinin də tərkibi yoxlanılacaqmı?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, körpələrin qidalanmasına dair Azərbaycan Respublikasının qanunvericiliyində çox əhəmiyyətli və hətta bir çox pediatrın belə tam anlaya bilmədiyi maddə var:

“Azərbaycana üçüncü ölkələrdən körpə qidalarının idxalı qadağandır! Bunun cavabını çox adam bilmir. Onu da qeyd edim ki, hər bir qida məhsulunun tərkibində müəyyən miqdarda AgNO3 adlı zəhərli maddə mövcuddur. Ola bilər ki, qidada həmin maddə tapılıb. Bu o demək deyil ki, Avstriyada aşkarlanan məhsullar mütləq Azərbaycana da gətirilib və ya gətirilir. Lakin istisna edilmir ki, bəzi hallarda qanunun tələbləri pozula və məhsullar birbaşa istehsalçıdan gəlməyə bilər”.

E.Hüseynovun sözlərinə görə, qadağalar olsa da, bəzən qidalar üçüncü ölkələrdən də idxal olunur:

“Təəssüf ki, bunun qarşısı tam alınmır və istisna deyil ki, həmin məhsul partiyasından Azərbaycanda da ola bilər. Bütün qidalar, o cümlədən körpə qidaları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ciddi şəkildə yoxlanılır. Hər bir partiya nəzarətdən keçilir. İnanıram ki, AQTA bu məsələni də araşdıracaq. Bildiyimə görə, həmin markanın Azərbaycanda nümayəndəliyi də var. Yəqin ki, onlar da məsələyə münasibət bildirəcək və mediaya açıqlama verəcəklər”.

Məsələ ilə bağlı HiPP şirkətinə sorğu ünvanlamışıq.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
75
globalinfo.az

1Sources