EN

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Universitet və kolleclərə qəbulla bağlı təsdiqlənmiş ərizələrin sayı məlum olub.

Moderator.az DövlÉ™t İmtahan MÉ™rkÉ™zinÉ™ istinadÉ™n xÉ™bÉ™r verir ki, imtahanlara ümumilikdÉ™ 133 813 nÉ™fÉ™r qeydiyyatdan keçib.

Statistikaya görə, 130 146 nəfər universitet, 120 644 nəfər kolleclərə qəbul üçün müraciətini tamamlayıb.

Hazırki statistikaya görə, ən çox qeydiyyat 1-ci qrupda, ən az qeydiyyat isə 3-cü qrupdadır.

İxtisaslar üzrə hazırda statistika belədir:

1-ci ixtisas qrupu üzrə - 14 981;

2-ci ixtisas qrupu üzrə - 11 527;

3-cü ixtisas qrupu üzrə - 10 146

4-cü ixtisas qrupu üzrə - 3 116 nəfər ərizəsini təsdiqləyib.

Ümumilikdə indiyə qədər bütün ixtisaslar üzrə 39 770 ərizə qəbul edilib.

Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar. 1-ci cəhd imtahanı üçün elektron ərizə qəbulu 29 aprel saat 23:59-da tamamlanacaq.

3020 nəfər isə ötən ilin buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulacaq.

Chosen
10
14
moderator.az

10Sources