EN

Epşteynin sənədlərində adı olan səfirin karyerası BİTDİ

ain.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ-nin azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə əlaqəsi üzə çıxan Norveçin keçmiş İordaniya səfiri Mona Juul karyerasını sonlandırmaq qərarına gəlib. 

"Cebheinfo.az" xəbər verir ki, Norveçdə yayım aparan TV 2-yə açıqlama verən vəkil Tomas Skjelbred müvəkkili Juulun Norveç Xarici İşlər Nazirliyindəki vəzifəsindən ayrıldığını bildirib. Juulun uzun bir karyera planladığına işarə edən Skjelbred "Özü üçün ən yaxşısının ayrılmaq olduğuna qərar verdi", - deyə qeyd edib. 

Milli mətbuat Epşteyn ilə bağlantısı üzə çıxdıqdan sonra səfir vəzifəsindən istefa verən Juulun 1 may tarixindən etibarən Xarici İşlər Nazirliyindən də ayrılacağını və təqaüdə çıxacağını yazıb. 

Epşteyn sənədlərində Juul və həyat yoldaşı olan norveçli keçmiş diplomat Terye Rod-Larsen ilə yanaşı, Norveç vəliəhd şahzadəsi Mette-Marit, keçmiş Norveç Baş naziri Torbyorn Yaqland kimi bir çox yüksək rütbəli norveçli rəsmilərin də adı keçmişdi. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
1
cebheinfo.az

2Sources