EN

Rusiyanın neft emalı zavodu, iki böyük desant gəmisi, sursat və neft anbarları məhv edildi

BAKI, 20 aprel. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Tuapse şəhərində neft emalı zavodu və neft anbarı, Sevastopolda iki böyük desant gəmisi və Donetskdə sursat anbarlarının məhv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş Qərargahın sosial media hesabında bildirilib.

Hədəflərin aprelin 20-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən vurulduğu bildirilib.

Chosen
14
teleqraf.com

1Sources