EN

Makronun dövrü başa çatır, yeni namizəd Retaillodur

Yazını böyüt
Yazını kiçilt

Fransada 2027-ci il seçkilərində Respublikaçıların namizədi keçmiş Daxili İşlər Naziri Bruno Retaillodur. Partiyanın sosial media hesabında verilən elanda bildirilir ki, partiyanın daxili səsverməsində səslərin 73,8 faizini alan Retaillo 2027-ci il prezident seçkilərində Respublikaçıların namizədi seçilib.

Hafta.az yazır ki, Retaillo öz paylaşımında onu namizəd göstərən partiya üzvlərinə təşəkkür edib. Fransız xalqının aydın və güclü bir vizyona ehtiyacı olduğunu qeyd edən Retaillo, ölkənin sosial rifah sistemini yenidən quracağına, işçilərə bundan faydalananlardan daha çox üstünlük verəcəyinə söz verib.

Retaillo Fransua Bayru və Sebastyan Lekornu hökumətlərində daxili işlər naziri vəzifəsində çalışıb.

2025-ci ilin oktyabrında Retaillo hökumətini qurduqdan cəmi 24 saat sonra Baş nazir Sebastyan Lekornun istefasına səbəb olmaqda ittiham olunub. Retaillo sonradan yaradılan kabinetə daxil edilməyib.

Fransanın son zamanlar münasibətləri gərginləşən Əlcəzairə qarşı sərt və tənqidi mövqeyi ilə tanınan Retailleau, Fransa təhsil müəssisələrində hicabın qadağan edilməsini müdafiə edən açıqlamaları ilə də tanınır.

Ardıcıl iki müddət xidmət etmiş prezident Emmanuel Makron 2027-ci il seçkilərində bir daha namizədliyini irəli sürə bilməyəcək.

Chosen
33
hafta.az

1Sources