EN

Türk iş adamından Bayram Yusifova ittiham: “25 milyonluq villada…” – VİDEO

Türkiyəli iş adamı, “Massimo Group MMC” şirkətinin rəhbəri Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov haqda ittiham məzmunlu iddialar səsləndirib. Şirkət rəhbəri sosial şəbəkə hesablarında videomüraciət paylaşaraq, B.Yusifovun ona külli miqdarda borcunun olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, söhbət Şıxov ərazisində yerləşən, dəyəri təxminən 25 milyon manat olan villa üçün sifariş edilən mebel işlərindən gedir.

Onun sözlərinə görə, “Massimo Group” həmin villanın bütün otaqlarını mebellə təchiz edib, lakin sifariş icra olunduqdan sonra ödəniş olunmayıb.

İş adamı 8 aydır vəsaitini ala bilmədiyini deyir.

Necib Köse “Sitat.info”ya açıqlamasında dəqiq rəqəm deməsə də, borcun təxminən 250-300 min manat civarında olduğunu qeyd edib.

İddialara görə, ödənişin gecikməsi nəticəsində tərəflər arasında anlaşılmazlıq yaranıb və məsələ hüquqi müstəviyə daşınıb. İş adamı artıq hüquq-mühafizə orqanlarına müraciət etdiyini və prosesin məhkəmədə getdiyini bildirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Chosen
23
editor.az

1Sources