EN

İki güləşçimiz AÇ nin yarımfinalında Yenilənir

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib.

“Qafqazinfo” xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə başlayacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

***

Güləşçilərimizdən İslam Abbasov və Beka Kandelaki yarımfinala adlayıb. Rəşad Məmmədov, Ziya Babaşov, Sənan Süleymanov isə 1/4 finalda mübarizəni dayandırıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
qafqazinfo.az

10Sources