EN

Bakı Dövlət Universitetinin elmi işçisi vəfat etdi

Ajans.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb. Bildirilib ki, Həsənbəy Arazov 1940-cı il iyulun 12-də Bakı şəhərində anadan olub. 1964-cü ildə ADU-nun (indiki BDU) Fizika fakültəsini bitirib. 1962-1964-cü illərdə ADU-da böyük laborant, 1961-1981-ci illərdə AMEA-da və Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi, böyük elmi işçi, 1981-1984-cü illərdə Təbii Ehtiyatların Kosmik Müşahidəsi İnstitutunda, 1984-1991-ci illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük elmi işçi vəzifələrində işləyib. O, 1988-2020-ci illərdə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin Riyazi modelləşdirmə və avtomatlaşdirilmiş sistemlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2020-ci ildən isə Tətbiqi Riyaziyyat ETİ-nin İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi idi.

Həsənbəy Arazov "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilib.

Chosen
20
15
Ajans.az

10Sources