EN

Ceyhun Bayramov Banqkokda Şri-Lankanın naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. Trend:

20 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş MillətlərTəşkilatının Asiya və Sakit okean üçün İqtisadi və SosialKomissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-LankaDemokratik Sosialist Respublikasının kənd yerlənin inkişafı, sosialmüdafiə və icmaların güncləndirilməsi naziri Upali Panilaqe iləgörüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Şri-Lanka arasında əməkdaşlığa,qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti yüksəkqiymətləndirilib. Siyasi dialoqun genişləndirilməsi ilə yanaşı,müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcudimkanlar nəzərdən keçirilib.

İqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsininartırılması, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirəolunub. Turizm sahəsində mövcud potensialın daha səmərəli istifadəolunmasının digər istiqamətlərdə əməkdaşlığın genişlənməsinə müsbəttəsir göstərə biləcəyi vurğulanıb.

Görüş zamanı, Şri-Lankada baş verən təbii fəlakət nəticəsindəzərərçəkənlərə humanitar yardım göstərilməsinə görə Şri-Lankatərəfi minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikirmübadiləsi aparıblar.

Məqalədə:
Chosen
13
4
az.trend.az

10Sources