EN

"AccessBank"dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək "Private Banking"ə çevrildi

"AccessBank" Azərbaycanda sahibkarlıq və pərakəndə bankçılıq sahəsində mövqeyini möhkəmləndirməklə yanaşı, fərdi bankçılıq istiqamətinin inkişafında yeni mərhələyə qədəm qoyduğunu elan edir.

2023-cü ildə istifadəyə verilmiş və fərdi bankçılıq xidmətləri təqdim edən VIP Club məhsulu bu gündən etibarən rebrendinq edilərək "Private Banking" adı altında fəaliyyətini davam etdirəcək.

Rebrendinq çərçivəsində "Private Banking" konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyə yönəlib. Yeni yanaşma müştərilərin vaxtına qənaət edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə əsaslanır.

"AccessBank" olaraq əsas prioritetimiz müştərilərimizə yalnız maliyyə xidmətləri təqdim etmək deyil, onların gündəlik həyatını asanlaşdıran, vaxtlarına qənaət edən və real dəyər yaradan həllər formalaşdırmaqdır.

VIP Club-un "Private Banking" olaraq rebrendinqi bu istiqamətdə atdığımız növbəti strateji addımdır. İnanırıq ki, yenilənmiş konsepsiya ilə müştərilərimizə daha yüksək səviyyədə fərdiləşdirilmiş xidmət və premium bankçılıq təcrübəsi təqdim edəcəyik", - bunu bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov deyib.

Qeyd edilib ki, "Private Banking" artıq yalnız bank məhsulu deyil, eyni zamanda müştərilərlə uzunmüddətli və etibarlı tərəfdaşlığa əsaslanan xidmət modelidir. Son iki il ərzində bu yanaşma öz nəticəsini göstərib – Bankın premium müştəri seqmentində əhəmiyyətli artım qeydə alınıb. Bu müddət ərzində müştəri bazasında böyük artım müşahidə olunub ki, bu da təqdim olunan fərdi yanaşma və yüksək xidmət keyfiyyətinə olan etimadın göstəricisidir.

Hazırda "Private Banking" çərçivəsində müştərilərə depozit, kredit və investisiya həlləri ilə yanaşı, aviabiletlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə çıxış kimi qeyri-maliyyə üstünlükləri də təqdim olunur. Bu xidmətlər müştərilərin yalnız maliyyə deyil, ümumi həyat keyfiyyətinin artırılmasına yönəlib.

Chosen
1
7
aznews.az

8Sources