EN

Argentinada ralli yarışında faciə

Argentinanın Kordoba şəhərində keçirilən Cənubi Amerika rallisi zamanı bir avtomobilin aşaraq tamaşaçıların arasına düşməsi nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Mina Clavero bölgəsində yerləşən Giulio Cesare mərhələsində Paraqvaylı pilotlar Didier Arias və Hector Nunezin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşib və tamaşaçıların üzərinə düşüb. Hadisə nəticəsində tamaşaçılardan 25 yaşlı bir nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza baş verən kimi hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb. Qəzanın ardından yarışın final mərhələsi ləğv edilib və səlahiyyətli qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.Hadisə anına aid görüntülər isə sosial şəbəkələrdə geniş yayılıb.

Chosen
44
cebheinfo.az

1Sources