EN

Bakıda ürəyi dayanan şəxs son anda xilas edildi (VİDEO)

Bakı. Trend:

Sosial mediada xəstəxananın həyətində ürəyi dayanan kişiyə tibbpersonalı tərəfindən həyətdə ilkin müdaxilə edildiyini əks etdirəngörüntülər yayılıb.

Trend-insorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, vətəndaşa ilkinyardımın göstərilməsi görüntüləri Mərkəzi Neftçilər Xəstəxanasınınhəyətində qeydə alınıb.

Məlumata görə, ictimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfilpisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanlarınköməkliyi ilə 19.04.2026-cı il tarixində saat 19:50 radələrindəyaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

"Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananınhəyətində göstərilib. Təcili olaraq kardiopulmonar reanimasiya(CPR) - ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalintətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbulşöbəsinə yerləşdirilib.

Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya),ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyətdiaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilənəticəsində xilas edilib.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam edir,vəziyyəti ağır qiymətləndirilir".

Məqalədə:
Chosen
49
5
az.trend.az

8Sources